—

Gürcüstandan 150 nəfər azərbaycanlı təxliyə edilir

1,362
Gürcüstandan 150 nəfər azərbaycanlı təxliyə edilir
Dinləmək üçün basın

Bu gün Gürcüstandan daha 150 Azərbaycan vətəndaşı təxliyə edilir.

Bu gün Gürcüstandan daha 150 Azərbaycan vətəndaşı təxliyə edilir.

InterPress.ge xəbər verir ki, təxliyə edilən vətəndaşlar ötən gün PCR testlərindən keçiriliblər və onların heç biridə yeni növ koronavirusa yoluxma aşkarlanmayıb.

Təxliyə edilən şəxslər saat 10:00-da Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından 4 xüsusi avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, bu gün Azərbaycan vətəndaşları ilə yanaşı Azərbaycanda yaşayış icazəsi olan və ya Azərbaycan vətəndaşı ilə nikahda olan 119 Gürcüstan vətəndaşı, həmçinin 1 Türkiyə və 8 Rusiya vətəndaşı olan soydaşımız da Azərbaycana təxliyə olunacaq. Təxliyə edilənlər ölkə ərazisinə keçdikdən sonra karantinə alınmayacaqlar və onlara qeydiyyatda olduqları əraziyə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →