—

Gürcü Arzusu prezidentlə bağlı şikayətini bir neçə gün ərzində Konstitusiya Məhkəməsinə təqdim edəcək

297
Gürcü Arzusu prezidentlə bağlı şikayətini bir neçə gün ərzində Konstitusiya Məhkəməsinə təqdim edəcək
Dinləmək üçün basın

" Məhkəmənin konstitusiya pozuntusu ilə bağlı rəyini təqdim etmək üçün 1 aylıq müddəti var - nəticə yəqin ki, oktyabrın əvvəlində olacaq, ortasında [impiçment üzrə] yekun səsvermə keçiriləcək".

"Məhkəmənin konstitusiya pozuntusu ilə bağlı rəyini təqdim etmək üçün 1 aylıq müddəti var - nəticə yəqin ki, oktyabrın əvvəlində olacaq, ortasında [impiçment üzrə] yekun səsvermə keçiriləcək".

InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü arzusu"nun sədri İrakli Kobaxidze partiyanın ofisində keçirilən brifinqdə deyib.

O, prezidentə qarşı impiçment prosedurundan da danışıb və qeyd edib ki, şikayət yaxın bir neçə gün ərzində Konstitusiya Məhkəməsinə təqdim olunacaq.

"Prosedur belədir, əvvəlcə ən azı 50 deputatın imzası tələb olunur. Bundan sonra Konstitusiya Məhkəməsinə konstitusiya təqdimatı verilir. Məhkəmənin konstitusiya pozuntusu ilə bağlı rəyini təqdim etmək üçün bir ay müddəti var. Bundan sonra parlamentin qərar verməsi üçün iki həftəlik müddət var, bu məsələ 2 həftə ərzində səsə qoyulmalıdır. Yaxın bir neçə gün ərzində biz şikayət verəcəyik və nəticə yəqin ki, oktyabrın əvvəlində olacaq, yekun səsvermə oktyabrın ortalarında keçiriləcək”, - Kobaxidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →