Siqnaxi bələdiyyəsinin Mağaro kəndində silahlı quldurluq hadisəsi baş verib. Mövcud məlumata görə, 5 quldur Usupaşvilinin ailəsinə soxularaq onlara məxsus 50 min dollar məbləğində pulu götürüblər.
lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179-cu (quldurluq) maddəsi ilə 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan iş başlanıb.
Məlumata görə, qeyd edilən şəxslər hələ də saxlanılmayıb.
