—

Azərbaycana getmək istəyən Gürcüstan vətəndaşlarının nəzərinə: Azərbaycan ərazisinə daxil olma qaydaları açıqlandı

8,135
Azərbaycana getmək istəyən Gürcüstan vətəndaşlarının nəzərinə:  Azərbaycan ərazisinə daxil olma qaydaları açıqlandı
Dinləmək üçün basın

Gürcüstan vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmaları üçün qaydalar açıqlanıb.

Gürcüstan vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmaları üçün qaydalar açıqlanıb.

InterPress.ge xəbər veri ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-ya məlumat verilib.

Məlumata görə, Azərbaycanda daimi yaşayış icazəsi olan, həmçinin Azərbaycan vətəndaşı ilə nikahda olan Gürcüstan vətəndaşları Azərbaycan ərazisinə daxil olmaq istədikdə əvvəlcədən həm Azərbaycanın Gürcüstandakı səfirliyinə, həm də Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) ərizə ilə müraciət etməlidirlər.

Bundan sonra Gürcüstan XİN Azərbaycanın Gürcüstandakı səfirliyinə nota təqdim edir və bu notanın əlavəsində yer alan siyahıda adı göstərilən Gürcüstan vətəndaşlarının Azərbaycana daxil olmasına icazə verilir.

Bildirilib ki, Azərbaycana yalnız Gürcüstan XİN-in təqdim etdiyi siyahıda adı yer alanların daxil olmasına icazə verilir.

Qeyd olunub ki, Gürcüstan XİN hər həftə Azərbaycanın Gürcüstandakı səfirliyinə yenilənmiş siyahı təqdim edir.

Həmçinin bildirilib ki, Gürcüstanda qalan bütün digər ölkələrin vətəndaşlarının ölkədən çıxması üçün Gürcüstan XİN-ə müraciət etməsinə ehtiyac yoxdur.

“Azərbaycan vətəndaşlarının təxliyə üçün Gürcüstan XİN-ə müraciət etməsinə ehtiyac yoxdur. Bunun üçün yalnız Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət edilməlidir”, - deyə məlumatda bildirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →