—

Polis Tbilisidə və regionlarda qanunsuz odlu silah və sursat müsadirə edib - 14 nəfər saxlanılıb

663
Polis Tbilisidə və regionlarda qanunsuz odlu silah və sursat müsadirə edib - 14 nəfər saxlanılıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin əməkdaşları ötən dövr ərzində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Tbilisi şəhəri və rayonlarda qanunsuz saxlanılan silah-sursat aşkar edilərək…

Daxili İşlər Nazirliyinin əməkdaşları ötən dövr ərzində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Tbilisi şəhəri və rayonlarda qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək, saxlamaq və gəzdirmək ittihamı ilə 14 nəfər saxlanılıb.

Odlu silah və döyüş sursatının qanunsuz alınması, saxlanması və gəzdirilməsi faktı ilə bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır.

Cinayət 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →