—

DİQQƏT! Bu tarixlərdə Kutaisi hava limanına planlaşdırılan reyslər Batumi və Tbilisi hava limanlarında həyata keçiriləcək

736
DİQQƏT! Bu tarixlərdə Kutaisi hava limanına planlaşdırılan reyslər Batumi və Tbilisi hava limanlarında həyata keçiriləcək
Dinləmək üçün basın

Sentyabrın əvvəlində Kutaisi Beynəlxalq Hava Limanının aeroport infrastrukturunun planlaşdırılmış reabilitasiya işləri ilə əlaqədar iki gün ərzində Kutaisi Beynəlxalq Hava Limanında deyil, Tbilisi və Batumi Beynəlxalq…

Sentyabrın əvvəlində Kutaisi Beynəlxalq Hava Limanının aeroport infrastrukturunun planlaşdırılmış reabilitasiya işləri ilə əlaqədar iki gün ərzində Kutaisi Beynəlxalq Hava Limanında deyil, Tbilisi və Batumi Beynəlxalq Hava Limanlarında müntəzəm reyslər yerinə yetiriləcək.

InterPress.ge xəbər verir ki, məlumatı Kutaisi Beynəlxalq Hava Limanı yayıb.

O cümlədən, reabilitasiya müddəti sentyabrın 3-ü səhər saat 07:00-dan sentyabrın 5-i saat 01:00-dək nəzərdə tutulub.

 "Yaradılan narahatlığa görə sərnişinlərdən üzr istəyirik. Bu müddət ərzində planlaşdırılan uçuş/eniş saatları dəyişməzdir, yalnız hava limanları dəyişir!

Aviaşirkətlər artıq sərnişinləri hava limanlarının dəyişdirilməsi ilə bağlı elektron poçt vasitəsilə məlumatlandırıblar.

 Kutaisi Beynəlxalq Hava Limanının rəsmi daşıma şirkəti olan “Omnibus Express” sərnişinlərin Tbilisidən Kutaisi və Batumiyə, eləcə də Kutaisi və Batumidən Tbilisi Beynəlxalq Hava Limanına daşınmasını təmin edir", - məlumatda qeyd olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →