—

Batumidə 4 nəfəri yaralayan şəxs saxlanılıb

551
Batumidə 4 nəfəri yaralayan şəxs saxlanılıb
Dinləmək üçün basın

Batumidə bıçaqlanma hadisəsinə görə bir nəfər saxlanılıb. Təqsirləndirilən şəxs Batumi şəhərindəki avtomobil sexlərindən birinin yaxınlığında məişət zəminində baş vermiş münaqişə nəticəsində həmin avtomobil sexində…

Batumidə bıçaqlanma hadisəsinə görə bir nəfər saxlanılıb. Təqsirləndirilən şəxs Batumi şəhərindəki avtomobil sexlərindən birinin yaxınlığında məişət zəminində baş vermiş münaqişə nəticəsində həmin avtomobil sexində işləyən 4 nəfəri yaralayıb, sonra hadisə yerindən qaçıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib, onlara müvafiq tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin Acariya Polis İdarəsinin əməkdaşları, isti izdə aparılan əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1977-ci il təvəllüdlü G.S. - nı, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə saxlayıblar.

Polis cinayətin silahını - ov tüfəngini sübut kimi götürüb.

İki və ya daha çox şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə araşdırma aparılır. Cinayət 9 ildən 13 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →