—

İsveçrə Ukrayna və Gürcüstanın işğal olunmuş bölgələrində Rusiya tərəfindən verilmiş pasportları tanımır

365
İsveçrə Ukrayna və Gürcüstanın işğal olunmuş bölgələrində Rusiya tərəfindən verilmiş pasportları tanımır
Dinləmək üçün basın

İsveçrə Ukrayna və Gürcüstanın işğal olunmuş bölgələrində Rusiya tərəfindən verilmiş pasportları tanımır. InterPress.ge xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının saytında dərc edilmiş məlumatda deyilir…

İsveçrə Ukrayna və Gürcüstanın işğal olunmuş bölgələrində Rusiya tərəfindən verilmiş pasportları tanımır.

InterPress.ge xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının saytında dərc edilmiş məlumatda deyilir.

“Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrindən və ya Gürcüstanın separatçı bölgələrindən olan insanlar artıq Şengen vizası ala bilməyəcək və Rusiya tərəfindən verilən səyahət sənədi ilə daxili Şengen sərhədini keçə bilməyəcəklər”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, söhbət adi və diplomatik pasportlardan, vətəndaşlığı olmayan şəxslər üçün yaşayış icazələrindən, dənizçilərin qayıdış şəhadətnamələrindən və şəxsiyyəti təsdiq edən sənədlərdən gedir.
Ukraynanın regionları üçün sənədlərin tanınmaması tarixləri regiondan asılıdır. Gürcüstanın işğal olunmuş rayonlarına gəldikdə isə, tarix kimi 26 avqust 2008-ci il göstərilir - bu tarixdən sonra verilən Rusiya səyahət sənədləri ilə Şengen vizası artıq mümkün olmayacaq.

 

“2008-ci ilin avqustunda Rusiya Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı. İsveçrə bu regionları Gürcüstanın ayrılmaz hissəsi hesab edir”, - bəyanatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →