—

Gürcüstanda rekord sayda doluya qarşı torlar quraşdırılıb

492
Gürcüstanda rekord sayda doluya qarşı torlar quraşdırılıb
Dinləmək üçün basın

2020-ci ilin əvvəlindən təxminən 180 hektar Gürcüstan bağı doluya qarşı torlarla örtülüb.

2020-ci ilin əvvəlindən təxminən 180 hektar Gürcüstan bağı doluya qarşı torlarla örtülüb.

InterPress.ge EastFruit-ə istinadən xəbər verir ki, son məlumatlara görə, 2023-cü ildə daha 65 hektar doludan qorunma sistemləri ilə təchiz olunub.

Məlumata görə, orta hesabla ildə 45 hektar sahədə doluya qarşı sistemlər quraşdırılıb.

Dolu əleyhinə sistemlərin ümumi dəyərinin 10%-ə qədəri dövlət tərəfindən maliyyələşdirilir, kənd təsərrüfatı statuslu kooperativlərdə, bölücü xəttin yaxınlığında (Rusiya işğalı) və yüksək dağlıq yaşayış məntəqələrində isə ümumi dəyərin 20%-ə qədəri maliyyələşdirilir. 

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin hesabatına əsasən, 2020-2022-ci illərdə proqram çərçivəsində doluya qarşı sistemlərə ümumi investisiya 2,3 milyon dollar təşkil edib. 

Ümumilikdə, proqramın icrasına başlanandan, o cümlədən Kənd İnkişaf Agentliyinin təqdim etdiyi hesabata əsasən, süfrə üzümü bağlarında sistem 17 faiz ərazidə quraşdırılıb, qalan hissə alma, gilas və armudun payına düşüb. 2023-cü ildə yeni investisiya (65 hektar) yalnız alma bağlarına qoyulub. Hazırkı məlumatlara görə, alma örtülü və ya yaxın gələcəkdə örtüləcək ümumi ərazinin ən azı 71%-ni tutur.

EastFruit-ə danışan yerli bazar iştirakçıları vurğulayırlar ki, doludan qorunma sistemləri təzə məhsulun həm keyfiyyətinə, həm də kəmiyyətinə diqqət yetirən müəssisələr üçün vacibdir.

Bir çox iri müəssisələr hələ hökumət anti-dolu sistemlərinin quraşdırılması üçün maliyyə stimulları verməyə başlamazdan əvvəl sistemi quraşdırıblar, çünki bu investisiyalar cəmi bir mövsümdə öz bəhrəsini verib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →