—

Rusiya Odessanı raket atəşinə tutub, yaralananlar var

437
Rusiya Odessanı raket atəşinə tutub, yaralananlar var
Dinləmək üçün basın

Avqustun 14-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynanın limanı şəhəri olan Odessanı atəşə tutması zamanı vurulan raketlərin qalıqlarının düşməsi sonucunda yanğın baş verib, partlayış dalğası evlərə zərər verib…

Avqustun 14-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynanın limanı şəhəri olan Odessanı atəşə tutması zamanı vurulan raketlərin qalıqlarının düşməsi sonucunda yanğın baş verib, partlayış dalğası evlərə zərər verib, 3 nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleq Kiper teleqramda bildirib.

“Odessada işğalçının hücumu nəticəsində yerə düşən raket qalıqlarından bir neçə yanğın baş verib. Partlayış dalğası binaların pəncərələrini sındırıb”.

Kiperin sözlərinə görə, Rusiyanın raket hücumu nəticəsində 3 nəfər yaralanıb, onlara tibbi yardım göstərilir.

Hərbi administrasiyanın başçısı rusiyalıların şəhərə hücumlarını davam etdirdiyini vurğulayıb.

Xatırladaq ki, daha öncə Hərbi Hava Qüvvələri Rusiya Silahlı Qüvvələrinin Odessa istiqamətində hücuma keçən pilotsuz uçuş aparatları və raketləri işə saldığını bildirmişdi.

Odessa vilayətində hava həyəcanı siqnalı davam edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →