Xelvaçaurinin Axalsopel kəndində baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
InterPress.ge xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, yaralılar klinikaya aparılıb.
Müvafiq xidmətlərin nümayəndələri hadisə yerinə səfərbər edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı (insan ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma) maddəsi ilə araşdırma aparılır.
Avtomobillərin bir-birinə çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsi faktı kənd yolunda baş verib.
