Şovidə, təbii fəlakət zonasında daha bir meyit tapılıb. Ölənlərin sayı 21-ə çatıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib.
Məlumat üçün bildirək ki, avqustun 3-də Şovidə sürüşmə baş verib. Təbii fəlakət zonasında 10 yerdə axtarış-xilasetmə işləri hələ də davam edir.
Axtarış-xilasetmə tədbirlərinə polis bölmələri, Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasediciləri, kinoloqlar qrupu, sərhəd polisinin helikopterləri, pilotsuz uçuş aparatları və xüsusi texnika cəlb olunub. Həmçinin, Müdafiə Nazirliyinin Avtomobil Yolları Departamentinin və İnfrastruktur Nazirliyinin əməkdaşları da təbii fəlakət bölgəsində işləyirlər.
