—

ABŞ bu həftə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

357
ABŞ bu həftə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq
Dinləmək üçün basın

Amerika Birləşmiş Ştatları bu həftə növbəti hərbi yardım paketinin bir hissəsi olaraq Ukraynaya yeni silahların təhvil verildiyini elan edəcək.

Amerika Birləşmiş Ştatları bu həftə növbəti hərbi yardım paketinin bir hissəsi olaraq Ukraynaya yeni silahların təhvil verildiyini elan edəcək.

InterPress.ge “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

Miller ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın uzaqmənzilli ATACMS raketlərinin ötürülməsi tələbinə cavabını açıqlamaqdan imtina edib.

“Lakin dediyimiz kimi, biz Ukraynanı artilleriya və bir sıra silahlarla təchiz etməyə davam edirik. Bu həftənin sonunda Ukraynaya göstərməyi planlaşdırdığımız əlavə yardımla bağlı başqa açıqlamalar da veriləcək”, - Dövlət Departamentinin spikeri vurğulayıb.

O həmçinin əlavə edib ki, ABŞ Ukraynaya mümkün yeni raket və ya müdafiə sistemlərinin təhvil verilməsini nəzərdən keçirir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →