—

Şovidə itkin düşdüyü bilinən bir şəxs Tbilisidə tapıldı

794
Şovidə itkin düşdüyü bilinən bir şəxs Tbilisidə tapıldı
Dinləmək üçün basın

Şovidə təbii fəlakət zamanı itkin düşənlər siyahısında olan şəxslərdən biri Tbilisidə sağ tapılıb.

Şovidə təbii fəlakət zamanı itkin düşənlər siyahısında olan şəxslərdən biri Tbilisidə sağ tapılıb.

InterPress.ge xəbər verir ki, bu  barədə jurnalistlərə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mqebrişvili məlumat verib.

Temur Mqebrişvili bildiri ki, itkin düşmüş hesab edilən Zurab Bibileişvili ilə əlaqə saxlanılıb.

“Bu qədər mənfilikdən sonra sizə ümidverici və yaxşı bir xəbər vermək istəyirəm. İtkin düşmüş şəxslər siyahısında olan Zurab Bibileişvili "Qaynar xətt" və 112-yə zəng edib. Əməliyyat-istintaqın nəticələrinə əsasən, sözügedən şəxsin sağ olduğu və hazırda təbii fəlakət zonasında olmadığı müəyyən edilib"- Mqebrişvili bildirib.

 Onun sözlərinə görə, Zurab Bibileişvili əməliyyat axtarışları nəticəsində Tbilisidə polis tərəfindən tapılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →