—

Gürcüstanın birliyi uğrunda şəhid olmuş polislərin xatirəsi önünə əklil qoyulub

348
Gürcüstanın birliyi uğrunda şəhid olmuş polislərin xatirəsi önünə əklil qoyulub
Dinləmək üçün basın

Daxili işlər naziri vəzifəsini icra edən Şalva Bedoidze, nazir müavinləri Giorgi Butxuz və Aleksandre Daraxvelidze Rusiya-Gürcüstan müharibəsi zamanı vətənə xidmətdə canlarından keçmiş Daxili İşlər Nazirliyinin…

Daxili işlər naziri vəzifəsini icra edən Şalva Bedoidze, nazir müavinləri Giorgi Butxuz və Aleksandre Daraxvelidze Rusiya-Gürcüstan müharibəsi zamanı vətənə xidmətdə canlarından keçmiş Daxili İşlər Nazirliyinin əməkdaşlarının abidəsi önünə əklil qoyublar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi  məlumat yayıb.

Məlumata əsasən, nazirliyin həyətində Gürcüstanın birliyi uğrunda həlak olan polislərin xatirəsi gül-çiçəklərlə bəzədilib, Daxili İşlər Nazirliyinin müxtəlif idarələrinin rəisləri 2008-ci il müharibəsi qəhrəmanlarının xatirəsini ehtiramla yad ediblər.

Bundan əlavə, 2008-ci il müharibəsi zamanı Daxili İşlər Nazirliyinin 14, Sahil Mühafizəsinin isə 5 əməkdaşının həlak olduğu qeyd edilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →