—

DİN: "Təbii fəlakət zonasından 40-a yaxın vətəndaş təxliyə edilib"

377
 DİN: "Təbii fəlakət zonasından 40-a yaxın vətəndaş təxliyə edilib"
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin məlumatına görə, Raçada təbii fəlakət zonasından artıq 40-a yaxın vətəndaş təxliyə edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Raçada təbii fəlakət zonasından artıq 40-a yaxın vətəndaş təxliyə edilib.

InterPress.ge xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, hazırda hadisə yerində aktiv xilasetmə əməliyyatı aparılır.

Təxliyyə işlərinə Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin xilasedici helikopteri cəlb olunub.

Həmçinin Oni şəhərinin meri Serqo Xideşelinin sözlərinə görə, vətəndaşların təbii fəlakət zonasından  təhlükəsiz yerə təxliyəsinə başlanılıb.

Xideşelinin sözlərinə görə, vətəndaşlar Oni ərazisindəki  mehmanxanalara yerləşdiriləcək.

“Hazırda mövcud olan məlumata əsasən, Şovi kurort ərazisinə müvafiq xidmətlər, o cümlədən xilasetmə xidmətinin rəisi, xilasetmə xidmətinin əməkdaşları, Daxili İşlər Nazirliyinin bölmələri səfərbər olunub. Demək olar ki, biz artıq vətəndaşların kurort zonasından təhlükəsiz yerə köçürülməsinə başlamışıq. Vətəndaşlar  Onidəki müxtəlif otellərdə yerləşdiriləcəklər. Xəsarət alanlar barədə məlumatlara gəlincə, indiki mərhələdə sizə heçnə deyə bilmərik”, - Oni meri bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →