—

Sentyabr ayından etibarən təbii qazın qiyməti kommersiya istifadəçiləri üçün aşağı salınacaq

627
Sentyabr ayından etibarən təbii qazın qiyməti kommersiya istifadəçiləri üçün aşağı salınacaq
Dinləmək üçün basın

Sentyabrdan etibarən Tbilisidə təbii qazın qiyməti kommersiya istifadəçiləri üçün 11 tetri, regionlarda isə 13 tetri aşağı salınacaq. Müvafiq dəyişiklik regionlarda “SOCAR Georgia Gas” və paytaxtdakı “Tbilisi Energy”…

Sentyabrdan etibarən Tbilisidə təbii qazın qiyməti kommersiya istifadəçiləri üçün 11 tetri, regionlarda isə 13 tetri aşağı salınacaq. Müvafiq dəyişiklik regionlarda “SOCAR Georgia Gas” və paytaxtdakı “Tbilisi Energy” müştərilərinə təsir edəcək.

InterPress.ge xəbər verir ki, sözügedən qərarla bağlı qazpaylayıcı şirkətlər məlumat yayıb.

Xatırladırıq ki, sentyabr ayından etibarən “Tbilisi Energy” müştəriləri üçün kommersiya tarifi 1,35 tetri əvəzinə 1,24 tetri, “Sokar Georgia Gas”da isə yeni tarif 1,38 tetri əvəzinə 1,25 tetri olacaq. Təbii qazın qeyri-məişət tarifinin aşağı salınmasına səbəb onun alış qiymətinin aşağı salınmasıdır. “Semek”in təyin etdiyi məişət tarifi əhali üçün dəyişməz olaraq qalır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →