—

"Gürcüstanın Milli Bankı və Gürcüstanın maliyyə institutları ABŞ və digər ölkələrin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi maliyyə sanksiyalarına tam uyğun fəaliyyət göstərir"

417
"Gürcüstanın Milli Bankı və Gürcüstanın maliyyə institutları ABŞ və digər ölkələrin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi maliyyə sanksiyalarına tam uyğun fəaliyyət göstərir"
Dinləmək üçün basın

" Gürcüstanın Milli Bankı və Gürcüstanın maliyyə institutları ABŞ və digər ölkələrin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi maliyyə sanksiyalarına tam uyğun fəaliyyət göstərir".

"Gürcüstanın Milli Bankı və Gürcüstanın maliyyə institutları ABŞ və digər ölkələrin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi maliyyə sanksiyalarına tam uyğun fəaliyyət göstərir".

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Gürcüstanın investisiya mühiti ilə bağlı hesabatında deyilir.

 “Gürcüstan xarici vətəndaşların Gürcüstanda bank hesabı açmasına məhdudiyyət qoymur. Bir neçə yerli bank beynəlxalq bank qruplarının törəmə şirkətləridir və eyni qaydalara tabedir. Gürcüstanın Milli Bankı və maliyyə institutları ABŞ və digər ölkələrin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi maliyyə sanksiyalarına tam uyğun fəaliyyət göstərir. Maliyyə institutları tərəfindən sanksiyaların həyata keçirilməsinə düzgün və effektiv nəzarət etmək məqsədilə Milli Bank maliyyə institutları üçün beynəlxalq sanksiyalara əməl olunması ilə bağlı müvafiq metodiki göstərişlərin hazırlanmasına cavabdeh olan bölmə yaradıb və maliyyə sektorunun nümayəndələrinə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsində kömək edir.

Beynəlxalq maliyyə sanksiyalarına riayət olunması maliyyə institutlarında aparılan yoxlamalar zamanı sistemli şəkildə yoxlanılır. Milli Bank konkret məsələlər üzrə təlimat almaq və sanksiyalarla bağlı konkret məsələləri həll etmək üçün OFAC, OFSI və müvafiq Aİ orqanları ilə sıx əməkdaşlıq edir”, - deyə hesabatda qeyd olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →