—

ABŞ yaxın günlərdə Ukraynaya yeni yardım elan edəcək

342
ABŞ yaxın günlərdə Ukraynaya yeni yardım elan edəcək
Dinləmək üçün basın

Amerika Birləşmiş Ştatları (ABŞ) yaxın günlərdə növbəti hərbi yardım paketinin bir hissəsi kimi Ukraynaya yeni silahların veriləcəyini elan edəcək.

Amerika Birləşmiş Ştatları (ABŞ) yaxın günlərdə növbəti hərbi yardım paketinin bir hissəsi kimi Ukraynaya yeni silahların veriləcəyini elan edəcək.

InterPress.ge xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə deyib.

O, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu hər hansı şəkildə şərh etməkdən imtina edib. Metyu Miller qeyd edib ki, bu vəzifə "Ukrayna hərbçilərinə həvalə edilməlidir".

"Bizim nöqteyi-nəzərimizə görə, Ukrayna bu əks-hücum əməliyyatını həyata keçirmək üçün lazım olan hər şeyə malikdir. Biz, o cümlədən Avropadakı və dünyadakı müttəfiqlərimiz, tərəfdaşlarımız onu böyük miqdarda hərbi texnika ilə təmin etmişik. Bunu davam etdirəcəyik, ona görə də yaxın günlərdə daha çox hərbi yardım elanlarını gözləmək olar", - Miller vurğulayıb.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar digər NATO ölkələri ilə birlikdə Ukraynanın əks-hücumunu dəstəkləmək üçün "möhkəm dayanmağa" davam edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →