—

Azərbaycan Prezidenti: "Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz"

362
Azərbaycan Prezidenti: "Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz"
Dinləmək üçün basın

"İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Azərbaycan coğrafi üstünlüklərə malikdir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir".

"İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Azərbaycan coğrafi üstünlüklərə malikdir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir".

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.

Azərbaycanın nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlandığını xatırladan dövlət başçısı qeyd edib: “Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir”.

Burada qonşularla yaxşı münasibətlərin də önəmli olduğunu vurğulayan Prezident deyib: “Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu, bizim xarici siyasətimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →