—

Ukrayna Rusiyanın Krımdakı aviabazasına PUA-larla zərbə endirib

419
Ukrayna Rusiyanın Krımdakı aviabazasına PUA-larla zərbə endirib
Dinləmək üçün basın

Ukraynanın Rusiya tərəfindən ilhaq olunan Krım yarımadasının Krasnoqvardeysk rayonunun Oktyabrsk qəsəbəsində dəmir yolu stansiyası yaxınlığında yanğın olub.

InterPress.ge xəbər verir ki, bunu Krım separatçılarının rəhbəri Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) neft bazasına, aerodroma və silah-sursat anbarına zərbələr endirib. Nəticədə yanğın və partlayış olub.

Hadisə yerindən 5 km radiusdakı yaşayış məntəqəsinin sakinləri təxliyə edilib. Bundan başqa, Krımda dəmiryolunda hərəkət dayandırılıb.

Qeyd edək ki, Krasnoqvardeysk rayonunda keçmiş SSRİ-dən qalma Qara dəniz Donanmasının aviabazası yerləşir

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →