Rusiya avqustun 1-dən beynəlxalq uçuşları bərpa edir.
İnterPressin Rusiya müxbiri Pərvin Abdullayevin verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş Naziri Mixail Mişustin bildirib.
Onun sözlərinə görə, ilkin olaraq uçuşlar Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Rostov Na Donu-dan həyata keçiriləcək.
Uçuşların həyata keçiriləcəyi ölkələrin siyahısı isə sonra açıqlanacaq
