—

Ermənistan XİN başçısı: “Türkiyə ilə danışıqları davam etdirməyin vaxtıdır”

2,066
Ermənistan XİN başçısı: “Türkiyə ilə danışıqları davam etdirməyin vaxtıdır”
Dinləmək üçün basın

“Fasilədən sonra Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqları davam etdirməyin vaxtı gəlib çatıb”.

“Fasilədən sonra Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqları davam etdirməyin vaxtı gəlib çatıb”.

InterPress.ge Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada avstriyalı həmkarı Aleksandr Şallenberqlə keçirdiyi brifinqdə deyib.

“Hesab edirəm ki, bu, Türkiyədəki seçki kampaniyası ilə bağlı idi, lakin indi münasibətlərin normallaşdırılması üzrə danışıqları davam etdirməyin vaxtı çatıb. Hər iki tərəf yekun və tam normallaşma yolunda olduğunu göstərmək üçün konkret addımlar ata bilər”, - A.Mirzoyan bildirib.

O, belə mümkün addımlar sırasında diplomatik münasibətlərin qurulmasını və sərhədlərin ilk növbədə üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşları üçün açılmasını qeyd edib. “Bir sıra digər layihələr də müzakirə olunur. Lakin hələlik dialoqun davam etdirilməsi üçün konkret tarixlər yoxdur”, - A.Mirzoyan qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →