—

Aİ Şurasının Prezidenti: “Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşünün keçirilməsi planlaşdırılır”

377
Aİ Şurasının Prezidenti: “Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşünün keçirilməsi planlaşdırılır”
Dinləmək üçün basın

“Yaydan sonra Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşünün keçirilməsi planlaşdırılır”.

“Yaydan sonra Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşünün keçirilməsi planlaşdırılır”.

InterPress.gexəbərverirki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, tərəflər oktyabrda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İspaniyanın Qranada şəhərində keçiriləcək görüşə paralel olaraq yaydan sonra Brüsseldə növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

Bundan əlavə, bugünkü görüş zamanı iki ölkə liderləri həmçinin sülh sazişinin əldə edilməsi üçün danışıqların intensivləşdirilməsi, habelə sərhədlərin delimitasiyası və nəqliyyat dəhlizlərinin açılması üzrə işlərin aparılması barədə razılığa gəliblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →