—

Yaponiyada Gürcüstan səfirinə hücum olub

603
Yaponiyada Gürcüstan səfirinə hücum olub
Dinləmək üçün basın

Yaponiya polisi Gürcüstanın səfiri Temur Lejavaya mümkün hücumu araşdırır.

Yaponiya polisi Gürcüstanın səfiri Temur Lejavaya mümkün hücumu araşdırır.

InterPress.ge xəbər verir ki, bu barədə Yaponiyanın ictimai yayımı NHK məlumat yayıb.

Nəşrin məlumatına görə, Lejavanın sürücüsü cümə günü günorta saatlarında polisə zəng edərək Gürcüstan səfirliyinin yaxınlığında bir nəfərin onun yaxasından yapışdığını bildirib.

Mətbuat polisin və səfirlik sürücüsünün sözlərinə istinad edir ki, adıçəkilən şəxs səfirin maşınının qarşısında avtomobilini saxlayıb və sürücünün qapısını açıb.

Nəşr qeyd edir ki, hadisə nəticəsində sürücü və səfir xəsarət almayıb.

Polis hadisənin yol hərəkətində yaranan anlaşılmazlıq nəticəsində baş verdiyini ehtimal edir. Hazırda həmin şəxs dindirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Şio III: “Surroqatlığın qadağan edilməsi xalqımızın mənəvi və əxlaqi sağlamlığının bərpası istiqamətində böyük addım olacaq”Laşa Parulava: Kommersiya surroqatlığı qadın istismarı və insan alveri riskləri yaradırSalome Samadaşvili: Surroqatlığın tam qadağan edilməsinin heç bir əsası yoxdurPaşinyan: “Yeni konstitusiya qəbul edildikdən sonra Azərbaycanla sülh müqaviləsini imzalayıb ratifikasiya edəcəyik”Ermənistan hökuməti yeni konstitusiya layihəsini dərc edibSon xəbərlərə bax →