—

NATO: “Rusiyanın Ukraynaya qarşı müharibəsi Putinin ciddi strateji səhvi idi”

283
NATO: “Rusiyanın Ukraynaya qarşı müharibəsi Putinin ciddi strateji səhvi idi”
Dinləmək üçün basın

“Rusiyanın Ukraynaya qarşı müharibəsi Prezident Vladimir Putinin ciddi strateji səhvi idi”.

“Rusiyanın Ukraynaya qarşı müharibəsi Prezident Vladimir Putinin ciddi strateji səhvi idi”.

InterPress.ge xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə NATO sammiti çərçivəsində keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Rusiya Ukraynanın hərbi qüvvələrini düzgün qiymətləndirmədi: “Putin NATO-nun genişlənməsini istəmirdi. Bu məqsədlə müharibəyə başladı. Amma Finlandiya Alyansa daxil oldu. İsveç də bu yolda irəliləyir. Beləliklə, Putin böyük strateji səhv etdi”.

Baş katibin sözlərinə görə, üzvlük çox tez baş verib: “Tarixdə ilk dəfədir ki, ölkələr bu qədər tez NATO-ya üzv olurlar. Bu, NATO daxilindəki həmrəyliyi göstərir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →