—

Şimali Koreya ABŞ-a xəbərdarlıq edib

373
Şimali Koreya ABŞ-a xəbərdarlıq edib
Dinləmək üçün basın

ABŞ kəşfiyyat təyyarəsi Şimali Koreyanın hava məkanını pozarsa vurulacaq.

InterPress.ge xəbər verir ki, bu barədə KXDR müdafiə departamentinin rəsmi nümayəndəsinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji kəşfiyyat təyyarəsi Şərq dənizinin üzərində məhv edilə bilər. Vurğulanıb ki, iyulun əvvəlində Amerikanın iki kəşfiyyat təyyarələri, həmçinin “RQ-4 Global Hawk” strateji pilotsuz uçan aparatı Koreya yarımadası üzərində uçuşlar həyata keçirib.

Belə ki, iyulun 2-dən iyulun 9-dək olan müddətdə ABŞ təyyarəsi tərəfindən KXDR-in hava məkanının pozulması ilə bağlı bir neçə hal qeydə alınıb.

“Hazırda maksimum səbir və dözüm nümayiş etdiririk, lakin hər şeyin öz həddi var. ABŞ-ın bütün təxribatçı hərəkətləri dərhal dayandırılmalıdır”

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →