—

Marneulidə "Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda" adlı sərgi keçirilib

534
Marneulidə "Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda" adlı sərgi keçirilib
Dinləmək üçün basın

"Azərbaycan Evi"nin təşkilatı dəstəyi ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar fotosərgilər açılıb.

"Azərbaycan Evi"nin təşkilatı dəstəyi ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar fotosərgilər açılıb. 

InterPress.ge xəbər verir ki, sərgilər Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən icra olunan “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində gerçəkləşib. 

Foto-sərgiləri ziyarət edən "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin könüllü gəncləri arasında fotolar vasitəsilə Şuşa musiqiçiləri və Şuşanın mədəni irsi haqqında məlumatlılıq artırılıb, sərgi iştirakçılarına layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb.  

Layihə rəhbəri Fərhad Abdulov bildirib ki, layihənin məqsədi Şuşanın tarixinin və mədəni irsinin yerli, azərbaycanlı və gürcü gəncləri arasında təbliğ edilməsindən ibarətdir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →