—

Sərhədi qanunsuz olaraq keçməyə çalışan üç nəfər saxlanıldı

335
Sərhədi qanunsuz olaraq keçməyə çalışan üç nəfər saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin sərhəd polisi, patrul polisi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində sərhədi qanunsuz keçməyə…

Daxili İşlər Nazirliyinin sərhəd polisi, patrul polisi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində sərhədi qanunsuz keçməyə cəhdlə bağlı 3 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Sərhəd Polisi məlumat yayıb.

Qurumun məlumatına görə, cinayətlər 4 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İstintaqla müəyyən edilib ki, Türkiyə Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü V.K., yük avtomobilinin xüsusi gizlətmə yerində pasport nəzarətindən yayınmaqla, Türkiyə Respublikasının vətəndaşı 1988-ci il təvəllüdlü E.O. və Özbəkistan Respublikası vətəndaşı 1994-cü il təvəllüdlü Z.A.-nı qanunsuz olaraq sərhəddən keçirməyə cəhd edib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin ikinci hissəsinin “b” bəndinə və 19-344-cü maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →