—

ABŞ səfirliyi “Tbilisi Pride” ətrafında baş verənlərlə bağlı bəyanat yayıb

558
ABŞ səfirliyi “Tbilisi Pride” ətrafında baş verənlərlə bağlı bəyanat yayıb
Dinləmək üçün basın

ABŞ səfirliyi bu gün “Tbilisi Pride” ətrafında baş verənlərə münasibət bildirib.

ABŞ səfirliyi bu gün “Tbilisi Pride” ətrafında baş verənlərə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, ABŞ səfirliyi “Tbilisi Pride” ətrafında baş verənlərlə bağlı bəyanat yayıb.

“Bu gün Tbilisi Pride planlaşdırılan qapalı tədbiri ləğv etmək məcburiyyətində qaldı, çünki itaətsiz izdiham, zorakılıqla hədələyərək iştirakçıları konstitusiya ilə qorunan dinc toplaşmaq hüququndan məhrum etdi. Gürcüstan hökuməti Gürcüstanın bütün vətəndaşlarının əsas hüquqlarını qorumağa borcludur. Zorakılıq, hədə-qorxu və ya fərqli fikirləri susdurmaq hədəsi qeyri-demokratikdir və Gürcüstanın tolerantlıq, mərhəmət və plüralizm tarixinə ziddir. Biz hakimiyyəti qanunu pozanların hamısını məsuliyyətə cəlb etməyə və zorakılığın yolverilməz olduğunu açıq şəkildə göstərməyə çağırırıq”, - səfirliyin yaydığı bəyanatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →