—

ABŞ İnstitutu: "Lukaşenko Putin və "Vaqner" arasında əldə olunmuş razılaşmadan uzaqlaşır"

433
ABŞ İnstitutu: "Lukaşenko Putin və "Vaqner" arasında əldə olunmuş razılaşmadan uzaqlaşır"
Dinləmək üçün basın

Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” Xüsusi Hərbi Şirkəti və Rusiya Prezidenti Vladimir Putin arasında əldə olunmuş üçtərəfli razılaşmadan tədricən uzaqlaşır.

Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” Xüsusi Hərbi Şirkəti və Rusiya Prezidenti Vladimir Putin arasında əldə olunmuş üçtərəfli razılaşmadan tədricən uzaqlaşır.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, A.Lukaşenkonun dünən jurnalistlərə açıqlamasında Priqojinin Belarusda olmadığını deməsi bunu təsdiqləyir.

Məqalədə Kreml sözçüsü Dmitri Peskovun dünən Priqojin haqqında dedikləri də təhlil edilib:

“Peskov söyləmişdi ki, Kremlin Priqojini izləməyə nə vaxtı, nə də imkanı var. Amma bu bəyanat absurddur. Kreml Priqojinin hərəkətlərini məhdudlaşdırmaq imkanına malikdir”.

Amerikalı analitiklərin fikrincə, Lukaşenko tədricən “Vaqner”dən uzaqlaşır və məsuliyyəti Kremlin üzərinə atır:

“Proseslər göstərir ki, Kreml Priqojini fiziki cəhətdən aradan qaldırmaqdansa, onun reputasiyasına zərbə vurmağa çalışır”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →