Rusiyanın “Azimut” aviaşirkəti və Gürcüstanın “Georgian Airways” aviaşirkəti Moskva ilə Tbilisi arasında uçuşların tezliyini artırır.
InterPress.ge xəbər verir ki, “Exo-Kavkaza” nəşri “Azimut” saytında dərc olunan açıqlamaya əsaslanaraq, şirkətin həftədə 7 uçuş yerinə 14 reys həyata keçirəcəyini bildirir.
“Hazırda uçuşlar hər səhər həyata keçirilir, iyulun 5-dən isə cədvəldə axşam reysi də görünəcək”, - deyə şirkətdən bildirilib.
“Exo-Kavkaza”nın məlumatına görə, Gürcüstan Hava Yolları “Tbilisi-Moskva-Tbilisi” istiqamətində həftədə üç reys əlavə edəcək.
Nəşr yazır ki, Moskva ilə Tbilisi arasında uçuşların tezliyi həftədə 24 reysə yüksələcək.
