—

Gürcüstan Dəmir Yolları bəyanat yayır: "Batumi Tbilisi istiqamətində hərəkət edən qatarların hərəkəti dayandırılıb"

784
Gürcüstan Dəmir Yolları bəyanat yayır: "Batumi Tbilisi istiqamətində hərəkət edən qatarların hərəkəti dayandırılıb"
Dinləmək üçün basın

Xaraqauli bələdiyyəsinin Babı kəndi yaxınlığında yağan güclü yağış nəticəsində drenaj quyularından daşmış külli miqdarda su relsləri basıb, həmçinin relslərə yaxın torpaq çöküb. Zuqdidi-Tbilisi və Batumi-Tbilisi…

Xaraqauli bələdiyyəsinin Babı kəndi yaxınlığında yağan güclü yağış nəticəsində drenaj quyularından daşmış külli miqdarda su relsləri basıb, həmçinin relslərə yaxın torpaq çöküb. Zuqdidi-Tbilisi və Batumi-Tbilisi istiqamətində hərəkət edən qatarların hərəkəti dayandırılıb.

InterPress.ge xəbər verir ki bu barədə 
“Gürcüstan Dəmir Yolları” QSC məlumat yayıb. 

Dəmiryolunun açıqlamasında qeyd edilir ki, indiki mərhələdə hərəkətin bərpası ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil.

“Hörmətli sərnişinlər, qərb istiqamətində yağan güclü yağış nəticəsində Babı kəndi yaxınlığındakı drenaj quyularından külli miqdarda su daşaraq relsləri basıb. Bu da relslərə bitişik torpağın çökməsinə səbəb olub. Hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb. O cümlədən, Zuqdidi-Tbilisi və Batumi-Tbilisi istiqamətində hərəkət edən qatarların hərəkəti dayandırılıb. Gürcüstan Dəmir Yolları işçi qüvvəsini maksimum səfərbər edib və təmizləmə/bərpa işləri davam edir. İndiki mərhələdə nəqliyyatın hərəkətinin bərpası ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Qısa müddət ərzində məlumatları yeniləyəcəyik”, - “Gürcüstan Dəmir Yolları”nın yaydığı məlumatda qeyd edilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →