—

Gürcüstan və Türkiyə təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

460
Gürcüstan və Türkiyə təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək
Dinləmək üçün basın

Gürcüstanın Milli Təhlükəsizlik Şurasının Aparat rəhbəri Qivi Tumanişvili ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin nəzərdə…

Gürcüstanın Milli Təhlükəsizlik Şurasının Aparat rəhbəri Qivi Tumanişvili ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin nəzərdə tutulduğu Anlaşma Memorandumu imzalayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Təhlükəsizlik Şurasının Aparatının Mətbuat xidməti məlumat yayıb.

“Memorandumun məqsədi iki ölkə arasında dostluq münasibətlərinin və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsidir. Bu sənədlə milli və beynəlxalq təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişaf etdirilməsi, təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin keçirilməsi və müxtəlif səviyyələrdə fikir mübadiləsinin aparılması nəzərdə tutulur”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, S.Hacımüftüoğlu iyunun 21-də başlayan kibertəhlükəsizlik forumunda iştirak etmək üçün Tbilisiyə işgüzar səfərə gedib. O, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili daxil olmaqla, müxtəlif yüksək rütbəli rəsmi şəxslərlə görüşüb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →