Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində tanınmış gürcü müğənni Veriko Turaşvilinin "Bahar sənsiz" adlı Azərbaycan mahnısına çəkdirdiyi klipin təqdimatı keçirilib.
InterPress.ge xəbər verir ki, təqdimatda Gürcüstanda fəaliyyət göstərən Azərbaycan media nümayəndələri iştirak edib.
Qeyd edək ki, Veriko Turaşvilinin “Bahar sənsiz” mahnısını ifa etməsi ideyası Axundov adına muzeydə yaranıb. Muzey, həmçinin klipin çəkilişləri üçün Azərbaycan xalçaları və mədəniyyətinə aid digər nümunələr təqdim edib.
Müğənni göstərilən dəstəyə görə muzeyə təşəkkürünü bildirib.
