—

DİN turistlərə psixoloji təsir göstərən və onları təhdid edən şəxsləri saxladı

457
DİN turistlərə psixoloji təsir göstərən və onları təhdid edən şəxsləri saxladı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Baş Prokurorluqla birgə…

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Baş Prokurorluqla birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində 8 nəfəri hakimin qərarı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə Tornike Marsaqişvili məlumat verib.

O bildirib ki, mütəşəkkil dəstə tərəfindən dələduzluq ittihamı ilə qeyd olunan şəxslər saxlanılıb: əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü R.M., 1998-ci il təvəllüdlü A.D. və 1982-ci il təvəllüdlü Q.Ç., 1999-cu il təvəllüdlü D.B., 1989-cu il təvəllüdlü D.A., 1992-ci il təvəllüdlü Q.K., 1981-ci il təvəllüdlü Z.D. və 1970-ci il təvəllüdlü M.D.

Polisin apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxslər hakimin qərarı ilə Tbilisidə yaxalanıb. İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “A” bəndi ilə aparılır.

Cinayət 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →