—

Gürcüstandan xarici ölkələrə pul köçürmələri artıb

506
Gürcüstandan xarici ölkələrə pul köçürmələri artıb
Dinləmək üçün basın

2023-cü ilin may ayında ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan xarici ölkələrə pul köçürmələrinin həcmi 7,9% artıb.

2023-cü ilin may ayında ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan xarici ölkələrə pul köçürmələrinin həcmi 7,9% artıb.

InterPress.ge xəbər verir ki, bu, Milli Bankın məlumatlarında qeyd olunub.

Məlumata görə, keçən ay ölkədən xaricə 30,9 milyon ABŞ dolları, 2022-ci ilin may ayında isə 28,7 milyon ABŞ dolları göndərilib.

2023-cü ilin may ayında Gürcüstandan ən çox pulun köçürüldüyü ölkələrin siyahısını təqdim edirik:

İlk 10 ölkə:

Türkiyə - 6,693 milyon ABŞ dolları

Rusiya Federasiyası - 3,583 milyon ABŞ dolları

Azərbaycan - 3,177 milyon ABŞ dolları

Ukrayna - 3,045 milyon ABŞ dolları

Yunanıstan - 1,668 milyon ABŞ dolları

ABŞ - 1,473 milyon ABŞ dolları

Polşa - 1,179 milyon ABŞ dolları

Qazaxıstan - 1,150 milyon ABŞ dolları

İtaliya - 956,1 min ABŞ dolları

Almaniya - 925,7 min ABŞ dolları

Bundan əlavə, Gürcüstan Milli Bankının məlumatına görə, 2023-cü ilin may ayında ölkəyə pul köçürmələrinin həcmi 384,885 milyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin may göstəricisindən təxminən 23,9% azdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →