—

ABŞ Dövlət Departamenti: "Rusiya ukraynalıları bilərəkdən məhv edir"

360
ABŞ Dövlət Departamenti: "Rusiya ukraynalıları bilərəkdən məhv edir"
Dinləmək üçün basın

Kriviy-Rihə raket hücumu Rusiyanın ukraynalıları, onların evlərini və mülki infrastrukturu sistemli və məqsədyönlü şəkildə məhv etməsinin daha bir sübutudur.

Kriviy-Rihə raket hücumu Rusiyanın ukraynalıları, onların evlərini və mülki infrastrukturu sistemli və məqsədyönlü şəkildə məhv etməsinin daha bir sübutudur.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

“Rusiyanın raket zərbəsi nəticəsində Ukrayna vətəndaşları həlak olub. Bu münaqişənin başlanğıcından bəri gördüyümüz şeydir: Ukraynada mülki əhaliyə və mülki infrastruktura qarşı sistemli, məqsədyönlü hava və raket zərbələri kampaniyası”, - Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Xatırladaq ki, dünən ruslar Kriviy-Rihə raket zərbəsi endirib, nəticədə 5 mərtəbəli yaşayış binası dağıdılıb. Hücumda 11 nəfər həyatını itirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →