—

Co Bayden və Yens Stoltenberq Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələrini müzakirə ediblər

440
Co Bayden və Yens Stoltenberq Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələrini müzakirə ediblər
Dinləmək üçün basın

ABŞ prezidenti Co Bayden və NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya qarşı müharibəsinin transatlantik təhlükəsizlik üçün nəticələrini və NATO-nun çəkindirmə və müdafiə siyasətinin gücləndirilməsinin…

ABŞ prezidenti Co Bayden və NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya qarşı müharibəsinin transatlantik təhlükəsizlik üçün nəticələrini və NATO-nun çəkindirmə və müdafiə siyasətinin gücləndirilməsinin vacibliyini müzakirə ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

“Onlar müttəfiqlərin və tərəfdaşların Ukraynaya Rusiyanın təcavüzündən müdafiəsinə kömək etmək üçün qarşılıqlı şəkildə təmin etdikləri dəstəyi alqışlayıblar”, - bəyanatda deyilir.

Bundan əlavə, İsveçin NATO-ya sürətlə daxil olmasından söhbət gedib.

"Onlar İsveçi mümkün qədər tez alyansa qəbul etmək üçün ümumi istəklərini vurğulayıblar", - Ağ Evin bəyanatında deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →