İyunun 16-dək Gürcüstanda yağışlı hava şəraiti davam edəcək, bəzi yerlərdə şimşək çaxacaq. Gürcüstanın şərqində dolu yağacağı ehtimalı var. Gün ərzində havanın temperaturu düzənliklərdə +26, +31 dərəcə təşkil edəcək.
InterPress.ge xəbər verir ki bu barədə
Milli Ekologiya Agentliyinin məlumat verib.
Sinoptiklər iyunun 15-də havanın temperaturunun aşağı düşəcəyini, bəzi yerlərdə leysan xarakterli yağış yağacağını proqnozlaşdırırlar. Tbilisidə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.
