—

Qanunsuz olaraq azadlıqdan məhrum etmə və zorla pul tələb etmə ittihamı ilə dörd nəfər tutuldu

587
Qanunsuz olaraq azadlıqdan məhrum etmə və zorla pul tələb etmə ittihamı ilə dörd nəfər tutuldu
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Dedoplistskaro rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz olaraq azadlıqdan məhrum etmə və hədə-qorxu ilə…

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Dedoplistskaro rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz olaraq azadlıqdan məhrum etmə və hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən 4 nəfəri tutublar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

2003-cü il təvəllüdlü M.B., 2001-ci il təvəllüdlü Q.M., 1989-cu il təvəllüdlü M.S. və hazırda şərti sınaqda olan 1994-cü il təvəllüdlü T.L. qrup tərəfindən qabaqcadan razılıq əsasında zorakılıq tətbiq etməklə qanunsuz olaraq azadlıqdan məhrum etmə və hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıblar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər pul almaq üçün 1972-ci il təvəllüdlü Q.Ç.-ni aldadaraq evindən çıxarıblar, fiziki zorakılıq ediblər, öldürməklə hədələyərək azadlığından məhrum ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsləri tezliklə saxlayıblar.

Cinayətlərə görə 4 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →