—

Wizz Air 5 yeni istiqamətə uçuşlara başladı

789
Wizz Air 5 yeni istiqamətə uçuşlara başladı
Dinləmək üçün basın

Bu gündən etibarən Avropanın ən sürətlə inkişaf edən aviaşirkəti WIZZ AIR Kutaisi Beynəlxalq Hava Limanında üçüncü təyyarəsini geri qaytarıb və Avropanın 5 şəhərinə: Frankfurt, Hamburq, Brüssel, Madrid və Poznana…

Bu gündən etibarən Avropanın ən sürətlə inkişaf edən aviaşirkəti WIZZ AIR Kutaisi Beynəlxalq Hava Limanında üçüncü təyyarəsini geri qaytarıb və Avropanın 5 şəhərinə: Frankfurt, Hamburq, Brüssel, Madrid və Poznana birbaşa müntəzəm uçuşlara başlayıb.

InterPress.ge xəbər verir ki, bununa bağlı Hava Limanları İttifaqı məlumat verib.

Məlumata görə, Kutaisi Beynəlxalq Hava Limanında artıq Frankfurt və Hamburqdan ilk birbaşa müntəzəm reyslər yerinə yetirilib.

Wizz Air-in üçüncü baza təyyarəsi yeni istiqamətlərə əlavə olaraq, mövcud istiqamətlərə uçuş tezliklərini artırmağa, həmçinin əlavə iş yerləri yaratmağa imkan verir.

Kutaisi Beynəlxalq Hava Limanından bütün 5 istiqamət üzrə birbaşa müntəzəm uçuşlar həftədə iki tezliklə yerinə yetiriləcək və Paris, Milan, Praqa və Memmingen üzrə mövcud tezliklərə bir tezlik əlavə olunacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →