—

Gürcüstanda elektromobillərin idxalı tarixi maksimumdadır

813
Gürcüstanda elektromobillərin idxalı tarixi maksimumdadır
Dinləmək üçün basın

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, dünyada elektriklə işləyən avtomobillərin satışı rekord həddə çatır.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, dünyada elektriklə işləyən avtomobillərin satışı rekord həddə çatır.

InterPress.ge xəbər verir ki, 2022-ci ildə ümumilikdə 10 milyon elektrik avtomobili satılıb ki, bu da bütün yeni avtomobil satışlarının 14%-ni təşkil edir.

2021-ci ildə analoji göstərici 9%, 2020-ci ildə isə 5% olub.

Bu tendensiya Gürcüstanda da müşahidə olunur. Bu ilin 4 ayında ölkəyə 15,9 milyon dolları dəyərində 545 ədəd elektromobil idxal edilib ki, bu da ilin bu vaxtında qeydə alınan tarixi maksimumdur.

İdxal dəyəri keçən ilki göstəricidən 220% çoxdur. Əvvəlki ilin 177 ədədindən 208% artıb.

Bu il ən böyük idxalçılar ABŞ, Çin və Almaniyadır.

İllik göstəricilər də rekord səviyyədədir. 2022-ci ildə ölkəyə nə az, nə çox, 31,7 milyon ABŞ dolları dəyərində 1280 elektromobil daxil olub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →