—

İlk Gürcüstan kökənli Azərbaycan dilli virtual ekosistem yaradılıb - Startup Network

2,116
İlk Gürcüstan kökənli Azərbaycan dilli virtual ekosistem yaradılıb - Startup Network
Dinləmək üçün basın

2023-cü ilin Aprel ayında bir qrup istedadlı gənc texnoloji ekosistem yaratmağa qərarə gəldi. Belə bir qərara gəlməkləri zamanın tələbi və ehtiyacı olduğundan qaynaqlandığını bildirirlər.

2023-cü ilin Aprel ayında bir qrup istedadlı gənc texnoloji ekosistem yaratmağa qərarə gəldi. Belə bir qərara gəlməkləri zamanın tələbi və ehtiyacı olduğundan qaynaqlandığını bildirirlər.

Texnoloji ekosistemin mahiyyəti texnologiya, biznes, innovasiya və startap sevdalılarını bir araya gətirib, əməkdaşlıqlar qurmaqdır. Həmin gənclərin dediklərinə görə, hazırda ekosistem tam virtual olaraq onlayn şəkildə uğurla fəaliyyət göstərir.

Ekosistemin adını Startup Network qoyan təşəbbüskar gənclər bunlardır: Amil Bayramov, Cavid Mergen, Qara İsmayılov, Raznahan Hümbətov (əlifba sıralaması ilə). Bu təşəbbüsə sonradan digər gənclər də qoşulmaqla ekosistemin qurulmasında dəstək olmağa başladılar. Onların adları: Ayhan Ayvazov, Lalə Sofiyeva, Musa Hacıyev, Nurcan Əmircanova, Rəşad Qurbanov və digərləri (əlifba sıralaması ilə). Ekosistem özünü quran və özünüidarəedən sərbəst bir şəbəkədir.

Ekosistem daxilində müvafiq komandalar qurulub, hansılarkı avtonom şəkildə prosesdə birgə iştirak edirlər. Hazırda Startup Network ekosistemin nəznində 3 layihə var. Gələcəkdə yeni startaplar qurulub, ekosistemə daxil olması gözlənilir. Gənclər öz aralarında Startup Networka qısaca SN olaraq adlandırırlar. SN gündən günə böyüyür. SN-nin genişlənməsi əsasən IT sahisində fəaliyyət göstərən insanlar sayəsində artır. SN-ə qoşulmaq istəyən şəxslər çoxdur. Hamı SN-nin anketini doldura bilər, amma müvafiq təhlil və uyğunluqdan sonra müəyyən sayda insan qoşulma imkanı əldə edə bilir. Bütün prosesləri avtomatlaşdırmaq, və beləliklə gələcəkdə daha effektli bir şəbəkəyə çevrilməyə iddialıdırlar.

Hazırda müxtəlif ölkədə yaşamaqla ekosistemdə fəaliyyət göstərən çoxlu sayda gənc var. Misal, Gürcüstan, Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Almaniya, İtaliya və s. Hazırda, formal olaraq, ekosistemin mərkəzi Tbilisi şəhəridir. Gənclərin dediyinə görə, ekosistemin bəhrəsini yaxın gələcəkdə hiss etmək olacaq. Nəzərinizə çatdırmaq istərdik ki, hazırda Startup Network ilk Gürcüstan kökənli Azərbaycan dilli virtual ekosistemdir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →