—

Qazaxıstanın 8 şəhərindən Batumiyə birbaşa uçuşlar başlayır

417
Qazaxıstanın 8 şəhərindən Batumiyə birbaşa uçuşlar başlayır
Dinləmək üçün basın

Qazaxıstan Respublikasının 8 şəhərindən Batumiyə birbaşa uçuşlar başlayır. İyunun 10-dan etibarən bütün mövsüm ərzində “Scat” aviaşirkəti həftədə 2 dəfə Astana-Batumi reyslərini yerinə yetirəcək.

Qazaxıstan Respublikasının 8 şəhərindən Batumiyə birbaşa uçuşlar başlayır. İyunun 10-dan etibarən bütün mövsüm ərzində “Scat” aviaşirkəti həftədə 2 dəfə Astana-Batumi reyslərini yerinə yetirəcək.

InterPress.ge xəbər verir ki, Acarıstanın Maliyyə və İqtisadiyyat Nazirliyi bu barədə məlumat yayıb.

Məlumata görə, Acarıstanın maliyyə və iqtisadiyyat naziri Jaba Putkaradze aviaşirkətin istiqamətlər departamentinin rəhbəri Andrey Biber ilə görüş keçirib. Görüşdə uçuşların tezliyinin artırılması və gələcək əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub. Jaba Putkaradze “Scat”  nümayəndəsini turizmin bərpasının artan dinamikası, ziyarətçi artımının statistikası və sektorda planlaşdırılan layihələrlə tanış edib.

Görüşdə Acarıstan Turizm Departamentinin rəis müavini Mişa Koplatadze və Qazaxıstan Respublikasının ən yüksək reytinqli KİV nümayəndələri iştirak ediblər. Nazir jurnalistlərin suallarını cavablandırıb. Qazaxıstanın onlayn platformalarında Acarıstanla bağlı məqalələr yerləşdiriləcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →