—

Avropa Ukrayna üçün çoxillik makromaliyyə paketi hazırlamağı planlaşdırır

285
Avropa Ukrayna üçün çoxillik makromaliyyə paketi hazırlamağı planlaşdırır
Dinləmək üçün basın

“Avropa İttifaqı Ukrayna üçün yeni çoxillik makromaliyyə paketi hazırlamağı planlaşdırır. Onun üzərində iş 2023-cü ildən sonra başlaya bilər”.

“Avropa İttifaqı Ukrayna üçün yeni çoxillik makromaliyyə paketi hazırlamağı planlaşdırır. Onun üzərində iş 2023-cü ildən sonra başlaya bilər”.

InterPress.ge xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbərinin nümayəndəsi Barend Leyts deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Xirosimada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib ki, Avropa İttifaqı 2023-cü ildən sonra yeni maliyyə yardımı paketi hazırlayır.

“Bu paket Aİ-nin Ukraynaya kömək etmək üçün uzunmüddətli öhdəliyini əks etdirəcək”.

Leyts əlavə edib ki, Avropa Ukraynaya hərbi yardımın, o cümlədən döyüş sursatlarının çatdırılması və döyüş təyyarələrinin tədarükü üçün koalisiyanın yaradılması işləri ilə bağlı prosesi sürətləndirəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →