—

Avropa İttifaqı rus almazlarının ticarətini məhdudlaşdıracaq

271
Avropa İttifaqı rus almazlarının ticarətini məhdudlaşdıracaq
Dinləmək üçün basın

Avropa İttifaqı Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi çərçivəsində Rusiyadan almaz ticarətini məhdudlaşdırmaq niyyətindədir.

Avropa İttifaqı Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi çərçivəsində Rusiyadan almaz ticarətini məhdudlaşdırmaq niyyətindədir.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Şarl Mişel Xirosimada “Böyük Yeddilik” sammitindən əvvəl keçirilən mətbuat konfransında bildirib.

"Biz Rusiya almazlarının ticarətini məhdudlaşdıracağıq. Rus almazları əbədi deyil", - o deyib.

Bununla belə, o qeyd edib ki, növbəti sanksiyalar paketi ilə bağlı müzakirələr davam edir. Belçika hökumətinin rus almazı ticarətinə qarşı daha sərt tədbirlərə yekun razılıq verib-vermədiyini soruşduqda Mişel birbaşa cavabdan yayınıb.

Avropa Şurasının rəhbəri bildirib ki, Aİ hazırda “sanksiya rejimindəki boşluqları aradan qaldırmaq və Rusiyaya kritik tədarükləri kəsməkdə davam etmək üzərində işləyir”. Onun sözlərinə görə, bundan əlavə, Ukraynaya “güclü hərbi, siyasi, humanitar və maliyyə” dəstəyi davam edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →