—

Polis bir nəfəri saxladı

833
Polis bir nəfəri saxladı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin Kutaisi şəhər şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2004-cü il təvəllüdlü Q.M. –ni…

Daxili İşlər Nazirliyinin İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin Kutaisi şəhər şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2004-cü il təvəllüdlü Q.M. –ni oğurluq etməkdə təqsirli bilərək saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, cinayət 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Kutaisi şəhəri, Tabukaşvili küçəsində yerləşən marketlərdən birinin kassirini kassanı zorla açmağa məcbur edib və hadisə yerindən qaçaraq gizlənib. Həyata keçirilən istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən bir neçə saat sonra cinayəti törədən şəxsi yaxalayıblar. Polis soyğunçuluq nəticəsində ələ keçirilən pulun bir hissəsini dəlil kimi götürüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsinin 3-cü hissəsinin “D” bəndi ilə davam etdirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →