—

Hirosimada “G7” sammiti başlayır: əsas mövzu Ukraynaya dəstəkdir

282
Hirosimada “G7” sammiti başlayır: əsas mövzu Ukraynaya dəstəkdir
Dinləmək üçün basın

Bu gün Yaponiyanın Hirosima şəhərində “G7” ölkələrinin liderləri görüşəcəklər və bu görüşdə bir daha Rusiya ilə müharibədə Ukraynanı dəstəkləməyə diqqət ayıracaqlar.

Bu gün Yaponiyanın Hirosima şəhərində “G7” ölkələrinin liderləri görüşəcəklər və bu görüşdə bir daha Rusiya ilə müharibədə Ukraynanı dəstəkləməyə diqqət ayıracaqlar.

InterPress.ge xəbər verir ki, üç gün ərzində - mayın 21-dək şəhər bir sıra kəskin qlobal mövzuların müzakirəsi üçün platformaya çevriləcək: Ukrayna müharibəsi, nüvə tərk-silahı, ərzaq böhranı, təmiz enerjiyə keçid, Çin siyasəti.

Sammitdə Yaponiyanın Baş naziri Fumio Kisida, ABŞ Prezidenti Cozef Bayden, İtaliyanın Baş naziri Corca Meloni, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Kanadanın Baş naziri Castin Trüdo, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron edəcəklər.

İclasa Avropa İttifaqının nümayəndələri – Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen dəvət olunublar. Bundan başqa, sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski, o cümlədən Avstraliya, Braziliya, İndoneziya, Cənubi Koreya, Vyetnam, Kuk adaları və Komor adaları İttifaqının liderləri və yüksəkvəzifəli siyasətçilərinin iştirakı gözlənilir.

Bundan əlavə, beynəlxalq təşkilatların - BMT, Dünya Bankı, ÜST, Beynəlxalq Enerji Agentliyi, BVF və Ümumdünya Ticarət Təşkilatı və İƏİT nümayəndələri dəvət olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →