—

Gürcüstan XİN-dən Ermənistana silah-sursat çatdırılması ilə bağlı izahat tələb olunur

1,640
Gürcüstan XİN-dən Ermənistana silah-sursat çatdırılması ilə bağlı izahat tələb olunur
Dinləmək üçün basın

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Salome Samadaşvili Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) ölkə ərazisi ilə Ermənistana silah tədarükünün həyata keçirilməsi ilə bağlı fikirlərə aydınlıq…

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Salome Samadaşvili Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) ölkə ərazisi ilə Ermənistana silah tədarükünün həyata keçirilməsi ilə bağlı fikirlərə aydınlıq gətirilməsini tələb edib.

InterPress.ge-nin xəbərinə görə, S. Samadaşvili bildirib ki, Rusiyadan və Serbiyadan Ermənistana Gürcüstan ərazisi ilə hərbi sursatların daşınması Gürcüstanın beynəlxalq öhdəliklərini pozması anlamına gəlir və bu faktlar təsdiqlənərsə, qonşu və strateji tərəfdaş olan Azərbaycanla münasibətlər son dərəcə zədələnə bilər.

S. Samadaşvili yaranmış vəziyyətdə Gürcüstanın hazırkı hakimiyyətini ittiham edib: “Bizim münaqişə tərəflərindən hər hansı birinə Gürcüstan ərazisi ilə hərbi yüklərin daşınmaması ilə bağlı beynəlxalq öhdəliyimiz var. Ona görə də mən XİN-i dərhal bu məsələyə aydınlıq gətirməyə çağırıram”.

Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində Serbiyadan Ermənistana xeyli sayda müxtəlif çaplı minaatanların çatdırılmasına dair məlumatlar yayılıb. Minaatanların Gürcüstan üzərindən Ermənistana keçirildiyi qeyd olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →